Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı etmişdir

0

  •          Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli qisimdə və Qoşulmama Hərkatının sədri kimi Hərəkata üzv dövlətlər adından çıxış etdi. Bu toplantı dünyada COVİD-19 əleyhinə keyfiyyətli, təhlükəsiz və məqbul olan peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin edilməsi ilə bağlı problemlərin davam etdiyi vaxta təsadüf edir.         Prezident İlham Əliyev qeyd etdi ki, COVİD-19 ilə qlobal mübarizə onun nəzarəti altında saxlanılıb. Eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatının aparıcı rolunu qeyd etdi.         Qoşulmama Hərəkatı multilateralizim, əməktaşlıq və həmrəylik ruhunda geniş beynəlxalq içtimaiyyətin səylərini fəal şəkildə səfərbər etmişdir.         2020-ci ilin dekabrında BMT Baş Assambleyasının  COVİD-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi, habelə ötən ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş “COVİD-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndləmə bərabər, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr Qoşulmama Hərəkatına üzv dövlətlər adından irəli sürülmüşdür.          Cənab İlham Əliyev çıxışında qeyd etdi ki, Qoşulmama Hərəkatı pandemiyanın tezliklə aradan qaldırılması üçün fəal şəkildə səylərini davam etdirməyə hazırdır. Cənab Prezident bizim Respublikamızda COVİD-19 pandemiyasının nəzarətdə saxlanılması üçün təsirli tədbirlər görür. Azərbaycanda peyvəndlənmə kampaniyyasına 2021 –ci ilin yanvarında başlamışıq. Bu günədək ölkədə əhalinin 68%-nə peyvəndin hər iki dozası vurulub.          Hörmətli Prezidentimiz Cənab İlham Əliyev COVİD-dən əziyyət çəkmiş əhali və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün bu ilin büdcəsindən müəyyən məbləğdə maliyyə məbləği ayırmışdır.       Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı etmişdir.           Bununla yanaşı, 5 ölkəyə peyvənd ianəsi etmişdir. Bu təşəbbüslər Cənab Prezidentin apardığı uzaqgörən siyasətinin nəticsidir.         Ümid edirəm ki, cənab Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində respublikamızda  COVİD-19 pandemiyası tamamilə ardan qaldırılacaq. Bundan sonra da İlham Əliyev siyasətini həmişə dəstəkləyəcəyik.Müşfiq Əliyev,Xocalı rayon Kərkicahan qəsəbə tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib59 dəfə
    Azərbaycan birbaşa ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80 ə qədər ölkəyə maliyyə humanitar yardımı etmişdir

    Maraqlı gələ bilər
    73
    32